Türkiyədə Qars-Ərzurum avtomobil yolunda sərnişin daşıyan mikroavtobus qəzaya uğrayıb.

Open.az xarici mediaya istinadən xəbər verir ki, qəza Qars əyalətinin Sarıqamış rayonunda baş verib. Hadisə nəticəsində təxminən 20 nəfər yaralanıb.

İlkin məlumata görə, qəzaya səbəb yolun buzlu və dumanlı olmasıdır.