ABŞ-da bir qrup alim tərəfindən aparılan araşdırmada ev heyvanlarının insanların yuxusuna təsir göstərdiyi araşdırılıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, 962 nəfərin iştirak etdiyi araşdırmada iştirakçıların 55 faizinin iti, 31 faizinin pişiyi və 57 faizinin sevgilisi ilə yatdığı müəyyən edilib.

Araşdırmada yataqlarını itləri ilə paylaşan qadınların yaxşı və rahat bir yuxuya sahib olduqları ortaya çıxıb.

Onlar itlərinin partnyorlarından daha rahat olduqlarını və özlərini daha etibarda hiss etdiklərini bildiriblər.

Gülnar Qafarlı