Rusiyanın Kamçatka vilayətində qadın münasibətdə olduğu kişinin xəyanətini bildikdən sonra uşaqlarını boğmaq qərarına gəlib.

Open.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə ötən gün səhər saatlarında baş verib.

Belə ki, 27 yaşlı qadın 5 yaşlı oğlu və yaş yarımlıq qızını özünə bağlayaraq Kraşeninnikov körfəzinə girib.

Yoldan keçənlər uşaqların qışqırtısını eşidib və polisə xəbər verib. Lakin hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları qadına yalnız qayıqla çata biliblər.

Bu vaxt ən kiçik uşaq artıq ölü vəziyyətdə sudan çıxarılıb. Böyük uşaq reanimasiyada ölüb. Qadını isə həyata qaytarmaq mümkün olub. Hazırda onun saxlanılması ilə bağlı məsələ müzakirə edilir.

Məlum olub ki, qadın münasibətdə olduğu kişinin xəyanətini bildikdən sonra uşaqlarını boğmağa qərar verib.

O, uşaqlarının atasının ailəli olduğunu və başqa qadınlarla da görüşdüyünü öyrənib.

Gülnar Qafarlı