“Rusiya Qarabağdakı insanlara humanitar yardım üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Müstəqil Dövlətlər Birliyindəki bütün tərəfdaşların cəlb olunmasında maraqlıdır”.

Open.az-ın “Ria Novosti”yə istinadən xəbərinə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində bildirib.

“Rusiya tərəfi İrəvan və Bakı ilə koordinasiyalı şəkildə onsuz da bütün bu məsələlərlə məşğul olur. Təbii ki, KTMT və MDB-dəki bütün tərəfdaşlarımızın humanitar səylərinə qoşulmaqda maraqlıyıq. Digər beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarını da müzakirə edirik”, - deyə Putin sözlərinə əlavə edib.