Rusiya prezidenti Vladimir Putin ABŞ-ın raket testinə cavab verilməsi üçün Rusiya ordusuna göstəriş verib.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, bu, Putinin ABŞ ordusunun Orta Mənzilli Nüvə Müqaviləsindən (INF) çıxmasının ardından ilk dəfə 500 kilometrdən uzun mənzilli raket sınağına ilk sərt cavabı olub.

Qeyd edək ki, ABŞ Xarici İşlər Naziri Mayk Pompe avqust ayının əvvəlində verdiyi açıqlamada, ABŞ-ın Orta Mənzilli Nüvə Müqaviləsindən (INF) rəsmi olaraq çəkildiyini açıqlayıb.

Xatırladaq ki, INF Müqaviləsi dövrün ABŞ prezidenti Ronald Reyqan və Sovet İttifaqının lideri Mixail Qorbaçov tərəfindən imzalanıb.

Gülnar Qafarlı