Rusiya Federasiyasının prezidenti Vladimir Putin qırğızıstanlı həmkarı Sooronbay Jeenbekovla görüşüb.

Open.az TASS"a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Görüş Rusiyanın Orenburq regionunda yerləşən Donguz təlim poliqonunda baş tutub.

Hər iki dövlət başçısı Rusiya və Qırğızıstan arasında siyasi və iqtisadi əlaqələri müzakirə ediblər.