Rusiya prezidenti Vladimir Putin İstintaq Komitəsinin, Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin 10 generalının işdən çıxarılması haqqında fərman imzalayıb.

Open.az-ın məlumatına görə, bu barədə Rusiya mətbuatında xəbərlər yayımlanıb.

Qeyd edilir ki, işdən çıxarılanlar arasında Daxili İşlər Nazirliyinin dələduzluqda ittiham edilən general-mayoru Aleksandr Melnikov da var.

Vəzifədən azad edilənlərdən 6-ı FHN-nin, 4-ü Daxili İşlər Nazirliyinin, 1-i İstintaq Komitəsinin generalıdır.

Fərmanla azad edilənlərdən biri habelə ədliyyə general-leytenantı, Dördüncü İstintaq İdarəsinin rəisi Ruslan İbievdir.