Rusiya Prezidenti Vladimir Putin 24 iyun 2020-ci ili əmək haqları saxlanılmaqla qeyri-iş günü elan edib.

Open.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat-xidməti məlumat yayıb.

Qeyd edək ki, Putin, həmçinin, 9 may - Qələbə günü paradının iyunun 24-də keçirilməsi haqda fərman verib. Parad Moskvada Qırmızı meydanda və digər şəhərlərdə qeyd olunacaq.