Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 14-də Münxendə Avropa İttifaqının büdcə və administrasiya məsələləri üzrə komissarı Yohannes Han ilə görüşü olub.

Open.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında gündəlikdə duran cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində uğurlu əməkdaşlıq etdiyi vurğulanıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.