Azərbaycan Prezidenti İlham Əliyev Ruanda Respublikasının Prezidenti Zati-aliləri cənab Pol Kaqameyə məktub göndərib.

Open.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Ruanda arasında ikitərəfli əlaqələrin, beynəlxalq təsisatlar, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın inkişafı üçün imkanlar mövcuddur.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və tərəqqi arzulayıram".