Ukraynanın hazırkı lideri Petro Poroşenko və başqa 200 rəsmi şəxsin ölkənin hüdudlarından kənara çıxmağı qadağan edilə bilər.

Open.az xəbər verir ki bu haqda "Ukraynskaya Pravda" Kiyevin dairə inzibati məhkəməsinin bəyanatına istinadən məlumat yayıb.

Bildirilib ki, məhkəmə artıq Poroşenko və digər 200 vəzifəli şəxsin iddiası ilə bağlı icraata başlayıb. Həmin şəxslər arasında P.Poroşenko ilə yanaşı, Baş nazir Vladimir Qroysman, Ali Rada sədrinin birinci müavini Andrey Parubi də var.

Poroşenko korrupsiyada ittiham edilir.

Gülnar Qafarlı