Ukrayna prezidenti Petro Poroşenko Krımın azərbaycanlı prokuroru Gündüz Məmmədova əməkdar hüquqşünas adını verib.

Open.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin Administrasiyası məlumat yayıb.

Qeyd edək ki, Gündüz Məmmədov 1974-ci il oktyabrın 26-də Gəncə şəhərində anadan olub. O, 1996-cı ildə İ.İ.Meçnikov adına Odessa Dövlət Univesitetini bitirib.

1996-cı ilin oktyabr ayından 2013-cü ilin mart ayına qədər prokuror köməkçisi, rayon prokurorunun müavini, şöbə prokuroru, şöbə müdiri, şəhər prokuroru və vilayət prokurorunun müavini vəzifələrində çalışıb.

2013-cü ilin mart ayından 2013-cü ilin dekabr ayına kimi Ukrayna Milli Prokurorluq Akademiyasında şöbələrdən birinin baş elmi işçisi olub. 2013-cü ilin dekabr ayından 2016-cı ilin avqustuna qədər şöbə müdiri, şəhər prokuroru və vilayət prokurorunun müavini işləyib.

2016-cı ildə Krım Muxtar Respublikasının prokuroru təyin edilib.

Gülnar Qafarlı

Poroşenko azərbaycanlı prokuroru təltif etdi