ABŞ-ın dövlət katibi Mayk Pompeo Brüsseldə Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu ilə görüşüb.

Open.az-ın məlumatına görə, bu barədə "Report" ABŞ Dövlət Departamentinə istinadən xəbər verir.

Bildirilir ki, iki dövlətin xarici siyasət idarələrinin rəhbərləri müdafiə və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

"Dövlət katibi Pompeo və Türkiyənin xarici işlər naziri Çavuşoğlu ikitərəfli və çoxtərəfli təhlükəsizliyə, müdafiəyə dair ABŞ və Türkiyənin ikitərəfli əlaqələrini müzakirə edib", - deyə Dövlət Departamentinin xəbərində bildirilir.

Daha əvvəl ABŞ-ın dövlət katibi Maykl Pompeo türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığının məzmununu açıqlayıb.