Polşa Prezidenti Ancey Duda koronavirusa yoluxub.

Open.az xəbər verir ki, bunu prezidentin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, A.Dudanın dünən verdiyi koronavirus testi müsbət nəticələnib. Onun sağlamlıq vəziyyəti barədə digər təfərrüatlar verilməyib.