Polşa prezidenti, baş naziri və digər yüksək səviyyəli siyası fiqurlar bazar günü Varşavada millətçi və ultra-sağçı qruplar tərəfindən təşkil olunmuş Müstəqillik Günü paradına başçılıq ediblər.

Open.az xarici mətbuata istinadə xəbər verir ki, prezident Andjey Duda, baş nazir Mateuş Moravetskiy və mühafizəkar iqtidar partiyasının sədri Yaroslav Kaçinskiy “Sənin üçün Polşa” sözləri yazılan nəhəng bayrağı daşıyan əsgərləri müşahidə ediblər.

Polşa prezidenti Andjey Duda Varşavada Polşa Milli Ordusu Günü paradında çıxış edir. 15 Avqust 2018-ci il.

“Gəlin birlikdə gedək, bu bizim birgə yürüşümüz olsun, qoy bu yürüş hamı üçün olsun, hamının olmaq istədiyi Polşa üçün yürüş edək”- deyə, Andjey Duda deyib.

Bir çox yürüşçü Polşanın milli bayrağını daşıdığı halda, digərləri Polşa və Avropanın digər ölkələrinin ifrat-sağçı qruplaşmalarının bayraq və plakatlarını daşıyırdı.

1918-ci ildən öncə Polşa 100 ildən artıq müddət ərzində Rusiya, Almaniya və Avstriya-Macarıstan imperiyaları arasında bölünmüşdü.