Lazım olduğu təqdirdə Rusiya prezidenti Vladimir Putin Azərbaycan rəhbərliyi ilə telefonla danışacaq.

Open.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Lazım gələrsə, əlbəttə ki, bu danışıq olacaq. Ancaq bir daha təkrarlamaq istəyirəm ki, hərbi əməliyyatların bərpasından sonra ilk saatlardan Rusiya Xarici İşlər naziri Sergey Lavrov Bakı və Yerevandakı həmkarları ilə davamlı təmasdadır", - deyə Dmitri Peskov qeyd edib.