Pakistanda Lahor şəhərinin məhkəməsi ölkənin sabiq prezidenti və baş naziri Pərviz Müşərrəfin ölüm hökmünün ləğvinə qərar verib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki. məhkəmə Pakistanın sabiq prezidenti Pərviz Müşərrəfə dair məsələyə baxılması üçün xüsusi komissiyanın yaradılmasını ölkə konstitusiyasına zidd hesab edib.

Xatırladaq ki, ötən ilin dekabrında P.Müşərrəf dövlət çevrilişində ittiham edilərək ölüm hökmünə məhkum edilmişdi.