Perunun keçmiş prezidenti Alan Qarsiyanın özünü başından vurduğu və vəziyyətinin çox ciddi olduğu bildirilib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, rüşvət qalmaqalı ilə qarşı-qarşıya qalan Qarsiya polislər evinə gəldiyi zaman tapançadan başına güllə açıb.

Səhiyyə naziri Zulema Tomas onun vəziyyətinin çox ciddi olduğunu söyləyib.

Qeyd edək ki, A.Qarsiya iki dəfə Peru prezidenti olub. O, 1985-1990 və 2006-2011-ci illərdə dövlət başçısı postunu tutub.

Gülnar Qafarlı