Perunun Kondorkanki əyalətində helikopter qəzası baş verib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Peru Silahlı Qüvvələrinin "Twitter" səhifəsində məlumat yayılıb.

Hadisə nəticəsində 2 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Qəzanın səbəbi araşdırılır.