1963-1971 illərdə "Pepsi Cola" şirkətinin prezidenti və 1971-1986 illərdə isə baş direktoru olmuş Donald Kendall 99 yaşında vəfat edib.

Open.az xəbər verir ki, bu barədə CNN teleşirkəti bildirib.

Teleşirkətin məlumatına görə, sahibkar şənbə günü öz evində ailə üzvlərinin əhatəsində dünyasını dəyişib.

Kendall ABŞ-ın SSRİ və Çində öz biznesini inkişaf etdirmiş ilk sahibkarlarından idi. Onun sayəsində "Pepsi" içkisi sovet bazarında çıxıb.

Moskvada 1959-cu ildə keçirilən "ABŞ-ın Sənaye məhsulu" milli sərgisində Donald Kendall Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi Nikita Xruşşovla görüşüb.

"PepsiCo" dünyada ən böyük sərinləşdirici içki istehsalçılarından biridir. Şirkət həmçinin süd məhsulları, çipsilər və digər qida məhsulları buraxır.