ErmənistanBaş naziri Nikol Paşinyanın Rusiyaya işgüzar səfəri başlayıb.

Open.az xəbər verir ki, bu barədə hökumət başçısının mətbuat katibi Mane Gevorkyan öz feysbuk hesabında məlumat verib.

Onun Rusiya Prezidenti Vladimir Putin ilə ikitərəfli münasibətlər gündəliyindəki əsas məsələləri, xüsusən ticari-iqtisadi əlaqələr, enerji, təhlükəsizlik, strateji investisiyalar və səhiyyə məsələlərini müzakirə edəcəyi qeyd olunur.

Ermənistan Baş Naziri ilə Rusiya Prezidenti arasındakı görüşün gündəliyinə 9 noyabrdakı Qarabağla bağlı üçtərəfli bəyanatın müddəalarının həyata keçirilməsi, icrası prosesi və humanitar məsələlərlə də bağlı məsələlər daxil edilib.