Ermənistan Baş naziri Nikol Paşinyanın növbəti həftə Rusiya prezidenti Vladimir Putin ilə baş tutacaq görüşdən sonra vəzifəsindən istefa verəcəyi iddia edilib.

Open.az xəbər verir ki, onun yerinə isə sabiq kəşfiyyat direktoru Artur Vanetsyanın gətiriləcəyi bildirilir.

44 günlük hərbi əməliyyatlardan sonra "vətən xaini" elan edilən Paşinyanın yenidən nüfuz qazana bilməyəcəyi bildirilən xəbərdə "Ermənistanda rəhbərliyin gizli ötürülməsi üçün danışıqların başladığı" qeyd olunub.

Qeyd edək ki, Ermənistan prezidenti Armen Sarkisyan da hökuməti istefaya çağırıb.