Livanın paytaxtı Beyruta partlayışdan dəyən ziyan 3 milyarddan 5 milyard ABŞ dollarınadək dəyərləndirilir.

Open.az xəbər verir ki, bunu şəhərin qubernatoru Marvan Abbud deyib.

Qeyd edək ki, ötən gün Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində 100-dən çox insan ölüb, 4 mindən çox insan yaralanıb. Hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, qaynaq işlərinin icra edilməsi zamanı 2 700 tonluq nitrat ammonyak – amonyak turşusu və digər maddələr partlayıb.