Azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus "Palmali" şirkətinin “Riroyl-2" gəmisinin ekipaj üzvləri aclıq elan edib.

Open.az "TASS"a istinadən xəbər verir ki, bir neçə ay bundan öncə də aclıq elan edən dənizçilərin vəziyyəti pisləşib.

Onların aclıq aksiyası keçirməsinə səbəb aylardır əməkhaqqı ala bilməməkləri olub. Şirkət dənizçilərə 200 min dollardan çox maaş verməlidir. Gəmi sahibi əməkhaqqının ödənilməsi barədə dənizçilərin tələblərinə məhəl qoymur.

Dənizçilərin Rusiya həmkarlar ittifaqının mətbuat xidmətinin məlumatına görə, gəminin göyərtəsində 9 Rusiya və 1 Azərbaycan vətəndaşı var.

Qeyd edək ki, "Palmali" şirkətində analoji hallar əvvəllər də baş verib.

Gülnar Qafarlı