Son 24 saatda Pakistanda COVID-19-a 4087 nəfər yoluxub və xəstələrin ümumi sayı 221 min 896-ya çatıb.

Open.az xəbər verir ki, sutka ərzində virusdan 78 xəstə ölüb və hazırda dünyasını dəyişənlərin ümumi sayı 4551 nəfərdir.

Xəstəxanalarda 103 min 722 pasiyent müalicə alır, 2479 xəstə ağır vəziyyətdədir.