Pakistanın cənubu Belucistanda naməlum şəxslər avtobusa silahlı hücum təşkil edib.

Open.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 14 nəfər həlak olub.

Bu barədə "Geo TV" məlumat yayıb.

Telekanalın məlumatına görə, hücum Karaçi və Qvadar şəhərlərini bağlayan Makrananın sahilboyu şosesində baş verib. Silahlı şəxslərdən ibarət qrup avtobusu dayandırıb və sonra sərnişinlərdən sənədlər tələb edib.

Gülnar Qafarlı