Pakistanda 5,2 bal gücündə zəlzələ olub.

Open.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Tədqiqatlar Mərkəzi məlumat yayıb.

Məlumata görə, Pakistanın şimalındakı Batagram şəhərindən 11 kilometr qərbdə 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Yerli vaxtla saat 08:10-da baş verən zəlzələnin ocağı isə 30,7 kilometr dərinlikdə yerləşib

Ölən və yaralananlar barədə məlumat verilməyib.

Gülnar Qafarlı