Pakistanda sərnişin qatarında güclü yanğın olub.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Geo TV" məlumat yayıb.

Yanğın nəticəsində ən azı 25 nəfər həlak olub, daha 30 nəfər yaralanıb.

Bildirilib ki, yanğına qaz balonunda baş verən partlayış səbəb olub.

Gülnar Qafarlı