Pakistanın Ketta şəhərində məscidlərdən birinə bombalı hücum təşkil edilib.

Open.az "Haber7"yə istinadən xəbər verir ki, hücum nəticəsində 5 nəfər ölüb, 15 nəfər yaralanıb.

Məscidə ciddi ziyan dəyib. Partlayışdan sonra hadisə yerinə təcili tibbi yardım cəlb olunub.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Pakistanın Baş naziri İmran Xan bombardmanı qınayıb və dərhal səlahiyyətlilərdən hesabat tələb edib.

Məsuliyyəti üzərinə götürən olmayıb.

Gülnar Qafarlı