Pakistanda yük və sərnişin qatarlarının toqquşması nəticəsində 13 nəfər həlak olub, 67 nəfər yaralanıb.

Open.az "TASS"a istinadən xəbər verir ki, hadisə ölkənin şimal-şərqində Pəncab vilayətində baş verib.

Rəhimər-Xan şəhəri ərazisində hərəkətdə olan sərnişin qatarı tam sürətlə dayanmış vəziyyətdə olan yük qatarına çırpılıb.

Yaralılardan 11-nin uşaq olduğu bildirilib.

Gülnar Qafarlı