Pakistanın Sadikabad şəhərindəki özəl banklardan birində baş vermiş partlayış nəticəsində ən azı 20 nəfər yaralanıb.

Open.a "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Geo TV telekanalı məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə qaz balonunun partlamısı nəticəsində baş verib. Lakin bu versiya sonuna kimi təsdiq edilməyib.

Polis hadisə yerini mühasirəyə alıb və hazırda ekspertlər işləyirlər.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin normal olduğu bildirilib.

Hadisənin səbəbləri araşdırılır.

Gülnar Qafarlı