Özbəkistanda COVID-19 koronavirusundan 12 nəfər sağalıb.

Open.az Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, hazırda ölkə üzrə bu virusa yoluxanların sayı 173 nəfərdir, iki nəfər dünyasını dəyişib.

Özbəkistanda 90 min insan xəstəxana və ev şəraitində karantindədir.