Özbəkistanın mərkəzi hissəsində Sırdaryada avtobusun aşması nəticəsində 20 nəfər xəsarət alıb.

Open.az "RİA Novosti"yə istinadən xəbər verir ki, yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə "Düşənbə-Daşkənd" avtomagistralının 125-ci kilometrliyində sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.

Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı