Koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində Özbəkistan 23 mart tarixindən etibarən beş ölkə ilə sərhədlərin müvəqqəti bağlanmasına dair qərar verib.

Open.az “RİA Novosti” yə istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin əməliyyat qərargahı məlumat yayıb.

“Martın 23-ü saat 00: 01-dən etibarən bütün şəxslər (Özbəkistanı tərk edən digər ölkələrin vətəndaşları istisna olmaqla) üçün mövcud sərhəd-keçid məntəqələri bağlanır. Müvafiq addım ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə atılır”-deyə, məlumatda qeyd olunub.

Qeyd edək ki, hazırda Özbəkistanda 42 nəfər koronavirusa yoluxub.

Xatırladaq ki, Özbəkistan Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Əfqanıstan və Tacikistanla həmsərhəddir.