Ermənistan Müdafiə Nazirliyinin keçmiş nümayəndəsi, nazirliyin Kadrlar və hərbi-təhsil siyasəti baş idarəsinin təhsil şöbəsinin müdiri Artsrun Ovannisyan tutduğu vəzifədən istefa verib.

Bu barədə Open.az “Sputnik Ermənistan”a istinadən xəbər verir.

Ovannisyan təxminən bir həftə əvvəl istefa ərizəsi yazıb.

İlkin məlumata görə, buna səbəb yeni müdafiə naziri Vaqarşak Arutyunyanla fikir ayrılığı olub.