Dünyada neftə olan tələbat 2020-ci ildə 9,8 milyon barel azaldıqdan sonra 2021-ci ildə 5,9 barel artaraq 95,9 milyon barelə çatacaq.

Open.az xəbər verir ki, bu, OPEC-in yanvar hesabatında irəli sürülüb.

O cümlədən OECD ölkələrində tələbatın 2,6 milyon barel, inkişaf edən ölkələrdə isə 3,3 milyon barel artacağı bildirilir.

Həmçinin qeyri-OPEC ölkələri tərəfindən neft təklifinin həcmi 2020-ci ildə 2,5 milyon barel azalıb 62,7 milyon barelədək gerilədikdən sonra cari ildə 0,8 milyon barel artacaq.

Hesabat müəlliflərinə görə, neft qiymətlərinin artması ABŞ-dakı şistli yataqlarda hasilat aparan şirkətlər üçün də sərfəlidir və artıq bu ilin ikinci yarısında onların bazardakı payı əhəmiyyətli dərəcədə artacaq.