İraqın şərqindəki Diyala vilayətində bir qadın yedi uşaq dünyaya gətirib.

Open.az "AA"ya istinadən xəbər verir ki, bu barədə Diyala Sağlamlıq İdarəsindən açıqlama verilib.

Şəhərdə yaşayan bir qadının 6-sı qız, 1-i oğlan olmaqla yeddi uşaq dünyaya gətirdiyi bildirilib.

Qadın uşaqlarını Betül Təhsil və Araşdırma Xəstəxanasında normal doğuşla dünyaya gətirib.

Gülnar Qafarlı