Hindistanın paytaxtı Nyu-Delhi şəhərində yerləşən "Arpit Palace" hotelində yanğın baş verib.

Open.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Hadisə nəticəsində 17 nəfər dünyasını dəyişib. Ölənlər arasında özünü pəncərədən çölə atan qadın və uşaq da var.

3 yaralı xəstəxanaya yerləşdirilib. Məlumata görə, 34 nəfər xilas edilib.

Gülnar Qafarlı