Hindistanın Nyu-Dehli şəhərində polislər və etirazçı tələbələr arasında toqquşmalar baş verib.

Open.az xəbər verir ki, bu barədə "TASS" Agentliyi məlumat yayıb.

Toaqquşmalar nəticəsində polis əməkdaşları da daxil olmaqla 50-dən artıq insan xəsarət alıb.

Şəhərdə bir neçə avtobus yandırılıb, maşınlara xəsarət yetirilib.

Polisin etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə etdiyi bildirilib.