Nigeriyanın Laqos şəhərində üçmərtəbəli binanın çökməsi nəticəsində yüzdən çox insan dağıntılar altında qalıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, çökən binanın üçüncü mərtəbəsi məktəb kimi fəaliyyət göstərib. Hadisə də dərs zamanı baş verib.

İlkin məlumata görə, çoxlu sayda şagird dağıntılar altında qalıb. Xilasetmə işləri aparılır.

Qəzanın hansı səbəbdən baş verməsi məlum deyil.

Gülnar Qafarlı