Qərbi Afrika ölkələrindən Nigeriyanın cənubundakı Lagos əyalətində çökən məktəb binasından 41 nəfər xilas edilib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Lagos Əyalətinin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Xilas edilən 2 müəllim, 5 yeniyetmə və 36 uşağın sağlamlıq vəziyyətlərinin yaxşı olduğu bildirilib.

Axtarış işləri davam edir.

Qeyd edək ki, məktəb binasının çökməsi nəticəsində ən azı 10 şagird həlak olmuşdu.

Gülnar Qafarlı

Nigeriyada çökən məktəb binasından 41 nəfər xilas edilib