Niderlandda son sutka ərzində COVID-19-a 1 224 yeni yoluxma qeydə alınıb.

Open.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Milli İnstitutu (RIVM) məlumat yayıb.

Məlumata görə, ölkədə ümumilikdə 17 851 koronavirusa yoluxma aşkarlanıb. Ötən gün 115 nəfər pandemiyanın qurbanı olub. Bununla da Niderlandda koronavirus qurbanlarının ümumi sayı 1 766 nəfərə çatıb.