İsrailin baş naziri Binyamin Netanyahu Qəzza zolağından açılan atəşə görə ABŞ-a səfərini yarımçıq saxlayıb.

Open.az “The Jerusalem Post”a istinadən xəbər verir ki, bunu hökumət başçısının özü bildirib: “Bir neçə saatdan sonra ABŞ prezidenti Donald Trampla görüşdükdən sonra təcili olaraq İsrailə qayıdacağam və hökumətin işinə yerində rəhbərlik edəcəm”.

O, açılan atəşə cavab verəcəklərinin də əlavə edib.

İsrailin hökuməti başçısının ABŞ-a səfəri martın 27-dək davam edəcəkdi.