Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev Ermənistanın sabiq prezidenti Robert Koçaryana məktub göndərib.

Open.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistanın ikinci prezidentinin qeyri-rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, Nazarbayev Qazaxıstanda olan daxili siyasət prosesləri və dəyişikliklər haqqında Koçaryana şəxsən məlumat verib.

Qazaxıstanın ilk prezidenti qeyd edib ki, Koçaryanla işlədiyi illəri səmimi xatırlayır.

Qeyd edək ki, Koçaryan 1 mart 2008-ci ildə prezident seçkilərindən sonra keçirilən etiraz aksiyalarını zorla dağıtmaqda və 10 nəfərin ölümündə günahlandırılır. O, dekabrın 7-dən həbsdədir. Martın 15-də keçirilən məhkəmə prosesində Koçaryanın həbs müddəti daha 2 ay artırılıb.

Gülnar Qafarlı