Türkiyənin İstanbul şəhərində Özlem və Görkem Yüceer cütlüyünün qız körpəsi Defne ağzında dişləri dünyaya gəlib.

Open.az "Milliyet"ə istinadən xəbər verir ki, körpə bu hadisə ilə həm həkimləri, həm də ailəsini təəccübləndirib.

Anası övladının iki dişi ilə doğduğunu eşidəndə bunun zarafat olduğunu zənn edib: "Daha öncə belə bir şey heç eşitməmişdim, çox təəccübləndim. Daha sonra görəndə və qidalanmaya başlayanda bunun fərqinə vardım. Həkimlər bunun qorxulacaq bir proses olmadığını söylədi".

Uşağın atası körpənin dişlərinin çıxarılacını qeyd edib.

Doğuşu həyata keçirən Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Op. Doktor Meriç Çağrı Ağır sözügedən hadisə haqda məlumat verib: "Əslində çox tez-tez rast gəldiyimiz bir hal deyil. Mənim başıma ikinci dəfədir gəlir. Dünya statistikasına baxanda 3 min doğumda bir görünür. Bizim üçün Defne uşağın dişli doğulması bir sürpriz oldu. İşin mahiyyətində bu dişlər uşaq üçün ciddi problemlər yaratmaz, ancaq bunlar süd dişi formasında yarandığı və sümüyü tutmadığı üçün yellənərək düşmə ehtimalı və uşağın bu dişi udma riski var. Körpənin əmmə və qidalanmasında problem yarada bilər. Ona görə dişlərin alınmasının uyğun olduğunu düşünürük".

Gülnar Qafarlı