Birləşmiş Millətlərin (BMT) yaratdığı Beynəlxalq Myanma Müstəqil Araşdırma Missiyası üzvlərindən Radhika Coomarasuamyn arakanlı müsəlmanlara qarşı zülmü araşdırarkən qarşılaşdıqları olaylardan danışıb.

Open.az "AA"ya istinadən xəbər verir ki, o, Myanma ordusunun uşaqlara qarşı daha qəddar olduğunu bildirib.

"Onların uşaqları bəzi ailələrdən ayırdıqlarını, bəzilərini diri-diri oda atdıqlarını öyrəndik. Çox qorxuludur", - deyə Radhika qeyd edib.

O, Nyu-Yorkda keçirilən və Myanmada arakanlı müsəlmanlar başda olmaqla, etnik azlıqlara qarşı tətbiq olunan şiddət səbəbindən bu ölkənin boykot edilməsi çağırışını edib.

Gülnar Qafarlı