Ermənistanın hərbi təcavüzü nəticəsində şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşənə Allahdan rəhmət, qardaş Azərbaycan xalqına və şəhidin ailəsinə səbir diləyirəm.

Open.az-ın xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter”də bildirib.

"Ermənistan hücumlara son qoyub ağlını başına yığsın. Can Azərbaycanın haqlı mübarizəsində hər zaman yanındayıq" - deyə Türkiyə XİN başçısı vurğulayıb.