Pərakəndə satış şirkəti olan "Mothercare" iflas üçün müraciət etməyə hazırlaşır.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, şirkətin mağazalarının bağlanacağı təqdirdə 2500 nəfərin işdən çıxarılması gözlənilir.

Qeyd edək ki, bu ilin mart ayında İngiltərədən kənarda yerləşən "Mothercare" mağazaları cəmi 36,3 milyon zərər edib.

Şirkət İngiltərədəki mağazalarını satmaq üçün uzun müddətdir danışıqlar aparır, lakin hələ də alıcı tapmayıb.

Gülnar Qafarlı