Rusiyanın paytaxtı Moskvadan Ufaya uçan təyyarəsi quşla toqquşduğuna görə təcili Vnukova aeroportuna qayıtmağa məcbur olub.

Open.az xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.

Bəzi məlumatlara görə, quş təyyarənin ön şüşəsinə zərər vurmayıb, ancaq ekipaj qayıtmaq qərarı qəbul edib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda bütün sərnişinlər endiriblər.

Onlar başqa təyyarə ilə yola salınacaq.

Gülnar Qafarlı