Moskvada jurnalist İvan Qolunovun dəstəyi ilə keçirilən yürüş zamanı polis 90-dan çox insanı saxlayıb.

Open.az xəbər verir ki, bu barədə "OVD-Info" məlumat yayıb.

Onların arasında tanınmış jurnalistlərin də olduğu bildirilib.

Məlumata görə, Korrupsiyaya Qarşı Mübarizə Fondunun (FBK) rəhbəri Aleksey Navalnı da saxlanılanların arasında yer alıb.

İştirakçılar "Siyasi məhbuslara azadlıq", "Rədd olsun çekistlərin hakimiyyəti" və s. müxtəlif şüarlar səsləndiriblər.

Gülnar Qafarlı